Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çinarlı (əvvəlki adı: Novoqrajdanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali

Çinarlı (Biləsuvar)

39°30′08″ şm. e. 48°35′07″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çinarlı
39°30′08″ şm. e. 48°35′07″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 779 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1314
Xəritəni göstər/gizlə
Çinarlı xəritədə
Çinarlı
Çinarlı

Çinarlı (əvvəlki adı: Novoqrajdanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Novoqrajdanovka kəndi Çinarlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Çinarlı kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çinarlı kənd Soveti yaradılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi XIX əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər Velikoknyazevka, bir qədər sonra Novoqrajdanovka adlandırılmışdır. Ərazisindəki çinar ağaclarının çoxluğuna görə 1991-ci ildən Çinarlı adı rəsmiləşdirilmişdir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 655 318 337
2009 ↗779 ↗394 ↗385

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Çinarlı kənd kitabxana filialı və Çinarlı Poçt Şöbəsi (AZ1314) fəaliyyət göstərir.

Təhsil

Kənddə Çinarlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Çinarlı kənd tibb məntəqəsi yerləşir.

Həmçinin bax

Üst