Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Cürəli

39°25′12″ şm. e. 48°34′18″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Cürəli
39°25′12″ şm. e. 48°34′18″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.751 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1313
Xəritəni göstər/gizlə
Aşağı Cürəli xəritədə
Aşağı Cürəli
Aşağı Cürəli

Aşağı CürəliAzərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.

Tarixi

Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 2609 1278 1331
2009 ↗2751 ↗1374 ↗1377

İqtisadiyyatı

Kənddə 799 təsərrüfat var.

Mədəniyyəti

Kənddə Aşağı Cürəli kənd kitabxana filialı, Aşağı Cürəli kənd klubu və Aşağı Cürəli Poçt Şöbəsi (AZ1313) fəaliyyət göstərir.

Təhsil

Kənddə Aşağı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə 1986-cı ildə inşa edilmiş Aşağı Cürəli kənd məscidi yerləşir.

Səhiyyə

Kənddə Aşağı Cürəli kənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst