| Çoxqıllı qurdlar | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Ranqsız: İlkağızlılar Ranqsız: Spiralia Tipüstü: Spirallılar Tip: Həlqəvi qurdlar Sinif: Çoxqıllı qurdlar | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Çoxqıllı qurdlar (lat. Polychaeta) — heyvanlar aləminin həlqəvi qurdlar tipinə aid heyvan sinfi.
8000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens).
Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir. Bunlar balıqların qidasında mühüm rol oynayırlar.
Həmçinin bax
- Çoxqıllı qurdlar
- Parafiletik qruplar
