Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ömər aşırımı — Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təş

Ömər aşırımı

40°18′01″ şm. e. 46°16′41″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ömər aşırımı
40°18′01″ şm. e. 46°16′41″ ş. u.HGYO
Hündürlüyü3.261 m
Ölkə  Azərbaycan
Ömər aşırımı (Azərbaycan)
Qırmızı nöqtə
Ömər aşırımında yol işarəsi

Ömər aşırımıKiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik etmişdir.

Geomorfologiyası

Ömər aşırımı Koroğlu (3462 m) və Gamış (3724 m) zirvələri arasındadır. Mütləq yüksəkliyi 3395 metr olan yəhərvari aşırımdan ibarətdir. İstifadə müddəti may ayından sentyabrın ortalarına qədərdir. Ən yaxın yaşayış məskəni — şimal istiqamətində Kürdəlilər və Pirverdilər kəndləridir. Bu istiqamətdə aşırımın 3 km-yində ilk su mənbəyi, 2600 m-də Kürəkçayın mənbəyini, sonradan onun qollarından birini təşkil edən bulaqlar mövcuddur. Aşırımdan cənub istiqamətində isə su mənbəyi nisbətən yaxındadır (Maydançayın mənbəyini təşkil edən bulaqlar). Bu istiqamətdə ən yaxın yaşayış yeri Yanşaq kəndidir.

Relyefi

Relyefin meyilliyi Ömar aşırımından etibarən hər iki istiqamətə sərt enişlidir. Ancaq yüksək keçicilik qabiliyyəti olan nəqliyyatdan istifadə olunur.

Həmçinin bax

  • Murovdağ
  • Zod aşırımı
Üst