Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Üçmüədzin döyüşü — 1804-cü ilin iyun ayında, Rus-Qacar müharibəsi (1804–1813) əsnasında baş vermiş döyüş. Rus qoşunları Pavel Sisianovun komandanlığı altında ol

Üçmüədzin döyüşü

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Üçmüədzin döyüşü
Rusiya–Qacar müharibəsi (1804–1813)
Üçmüədzin döyüşünün ruslar tərəfindən hazırlanmış planı.
Üçmüədzin döyüşünün ruslar tərəfindən hazırlanmış planı.
Tarix 1804
Yeri İrəvan xanlığı
Səbəbi Rusiyanın İrəvanı ələ keçirmə istəyi
Nəticəsi Qacarlarınİrəvan xanlığının qələbəsi
Münaqişə tərəfləri

Rusiya Rusiya imperiyası

Qacar dövləti
İrəvan xanlığı

Komandan(lar)

Rusiya Pavel Sisianov

Abbas Mirzə

Tərəflərin qüvvəsi

5 min

20 min

İtkilər

Bilinmir

Bilinmir

Üçmüədzin döyüşü — 1804-cü ilin iyun ayında, Rus-Qacar müharibəsi (1804–1813) əsnasında baş vermiş döyüş. Rus qoşunları Pavel Sisianovun komandanlığı altında olmaqla birlikdə 5 min döyüşçüdən ibarət idi və İrəvana doğru irəliləyirdi. Qacar şahzadəsi Abbas Mirzənin komandanlığı altındakı ordu isə 20 min döyüşçüdən ibarət olmaqla Üçmüədzində rus ordusunu qarşıladı. Rusların təminat yollarını uğurla kəsməyi bacaran qızılbaş ordusu onları geri çəkilməyə məcbur edə bildi. Rusların Üçmüədzini ələ keçirə bilməməsinə baxmayaraq, döyüşün nəticəsi müxtəlif cür təqdim edildi. Həm Qacarlar, həm də ruslar bunu qələbə kimi qeyd etdilər.

Arxa plan

1801-ci ildə Qacar dövlətindəki siyasi qarışıqlıqlarda istifadə edən Rusiya Kartli-Kaxetiyanı özünə ilhaq etdiyini bildirdi. 1802-ci ildə isə, Pavel Sisianov Rusiyanın Qafqazdakı baş komandanı təyin edildi. Möhkəm rus imperialisti olan Sisianov yerlilərin seçimləri və istəkləri ilə hesablaşmırdı. 1804-cü ilin yanvarında o, bir aylıq mühasirədən sonra Gəncə şəhərini işğal edərək oranı yağmaladı. 3 günlük yağmalama prosesi ərzində 3 min gəncəli qətlə yetirildi. Bu işğal Birinci Rusiya-Qacar müharibəsinin başlamasına rəvac verdi.

Döyüş

Gəncənin işğalından sonra Sisianov İrəvana doğru yürüşə başladı. İrəvan yaxınlığında onun ordusu ilə Qacarların vəliəhd şahzadəsi Abbas Mirzənin, İrəvan xanlığının orduları arasında 3 günlük döyüş oldu.

Rus atilleriyası o dönəmdə modern silahlardan yoxsun olan Qacar ordusu üzərində mühüm itkilərə səbəb oldu. Qacarlar özlərinə məxsus strategiya tətbiq edərək rus qoşunlarını mühasirəyə alaraq onların maddi-texniki təminat yollarının kəsilməsinə nail oldular. Bu Sisianovun geri çəkilməsinə və Üçmüədzini ələ keçirə bilməməsinə səbəb oldu. Bu müdafiə olunan Qacar ordusunun taktiki qəlbəəsi demək idi. Hər bir halda, ənənəvi döyüş metodlarına əsaslanan Qacar ordusu çətin vəziyyətdə olan rus ordusunun geri çəkilməsinə imkan verdilər, halbuki onlar hücumu davam etdirib mütləq qələbə qazana bilərdilər.

Nəticə

Döyüşdən bir neçə gün sonra ruslar yenidən Üçmüədzinə geri döndülər və buradakı fərqli Qacar qüvvəsini gözlənilmədən yaxalayıb və məğlub etdilər. Bundan sonra Üçmüədzinə daxil olan Sisianovun qüvvələri Qacar ölkəsində olan fransız hərbi mütəxəsis Avquste Bontems-Lefortun sözlərinə görə bölgədəki dini abidələrinə ciddi ziyan vurdular. Bundan sonra yenidən İrəvana yürüş edən Sisianova cavab olaraq Qacar ordusu və İrəvan xanlığının ordusu yenidən qruplaşaraq irəvan şəhərinin müdafiəsini təşkil etdilər. İrəvan qalasının mühasirəsində də rus qoşunları uğursuzluqla üzləşdilər.

Həmçinin bax

  • İrəvanın mühasirəsi (1808)
  • İrəvan qalasının mühasirəsi (1804)
Üst