Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Üçtəpə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Üçtəpə kənd inzibati ərazi dairəsində kənd. 2 məktəb fəaliyyət göstərir

Üçtəpə (Cəlilabad)

39°20′13″ şm. e. 48°25′39″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Üçtəpə
39°20′13″ şm. e. 48°25′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 12000 (2025) nəfər
Xəritəni göstər/gizlə
Üçtəpə xəritədə
Üçtəpə
Üçtəpə

ÜçtəpəAzərbaycan Respublikasının Cəlilabad rayonunun Üçtəpə kənd inzibati ərazi dairəsində kənd. 2 məktəb fəaliyyət göstərir

Tarixi

31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Təzəkənd kənd inzibati ərazi dairəsinə verilmişdir.

Toponimikası

  • Üçtəpə oyk., sadə.
  • Düzənlikdədir. Yaşayış məntəqəsi keçmişdə alar tayfasının qışlaq yeri olmuş, XIX əsrin axırlarında kəndə çevrilmişdir. Qışlağın adı oradakı iiç təpənin varlığı ilə bağlı yaranmışdır;
  • Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindodir. Kənd yaxınlığındakı Üçtəpə dağının adı ilə adlandırılmışdır.

Əhalisi

2025-ci ilin siyahıyaalınmasına əsasən kənddə 12000 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Yol

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar–Təzəkənd–Üçtəpə–Əliqasımlı–Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Həmçinin bax

Üst