Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 19

İkinci Aşıqlı

39°50′57″ şm. e. 47°39′30″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
İkinci Aşıqlı
39°50′57″ şm. e. 47°39′30″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
İkinci Aşıqlı xəritədə
İkinci Aşıqlı
İkinci Aşıqlı

İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir.

Tarixi

Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri.

Əhalisi

Kənd əhalisi azərbaycanlılardan ibarətdir.

Coğrafiyası və iqlimi

Kənd Mil düzündə yerləşir.

Həmçinin bax

Üst