| İkinci Aşıqlı | |
|---|---|
| 39°50′57″ şm. e. 47°39′30″ ş. u.HGYO | |
| Ölkə |
|
| İkinci Aşıqlı | |
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır.
Toponimikası
Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir.
Tarixi
Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri.
Əhalisi
Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Coğrafiyası və iqlimi
Kənd Mil düzündə yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Beyləqan rayonu qaralamaları
- Beyləqan rayonunun kəndləri
