Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

𐔿 (səslənməsi: /nʲ/; transkripsiyası: N', n') — Alban əlifbasının 16-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ի՛նա (Ína) kimi verilmişdir. Təd

İnya (hərf)

Vikipediya, azad ensiklopediya
Alban əlifbası

Matenadaran MS 7117 versiyası

Sinay palimpsestləri versiyası
Noto Sans Caucasian Albanian fontunda
Səslənməsi/nʲ/
Rəqəm dəyəri70
Unicode ünvanıU+1053F
Alban əlifbası
𐔰 𐔱 𐔲 𐔳 𐔴 𐔵 𐔶
Alt Bet Gim Dat Eb Zarl Eyn
𐔷 𐔸 𐔹 𐔺 𐔻 𐔼 𐔽
Jil Tas Ça Yud Ja İrb Şa
𐔾 𐔿 𐕀 𐕁 𐕂 𐕃 𐕄
Lan İnya Xeyn Dyan Çar Djox K'ar
𐕅 𐕆 𐕇 𐕈 𐕉 𐕊 𐕋
Lyit Heyt Qay Aor Çoy Çi Çyay
𐕌 𐕍 𐕎 𐕏 𐕐 𐕑 𐕒
Maq Q'ar Nuts Cyay Şak Cayn On
𐕓 𐕔 𐕕 𐕖 𐕗 𐕘 𐕙
Tyay Fam Cay Çat Pen Ğeys Rat
𐕚 𐕛 𐕜 𐕝 𐕞 𐕟 𐕠
Seyk Veyz Tüyr Şoy Ün Çyau Tsayn
    𐕡 𐕢 𐕣    
    Yayd Püyr Küy    

𐔿 (səslənməsi: /nʲ/; transkripsiyası: N', n') — Alban əlifbasının 16-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ի՛նա (Ína) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və hərfin orijinal adı alb. 𐔼𐔿𐔰𐔼𐕆𐔴𐕚𐕒𐕡𐕎 (in'aihesun) 'barışmaq' sözünün kökündəki "İn'a" olmalıdır. Fonetik olaraq dil-diş samiti olan 𐕎 hərfinin damaqlaşdırılmış formasıdır. Bu hərf əsasən alban dilinə alınma sözlərdə istifadə edilir.

Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi erməni əlifbasındakı Ի və Խ hərfləri ilə izah etməyə çalışmış və "xe" səsini ifadə etdiyini irəli sürmüşdür. Sergey Muravyev isə onun İrb hərfinin udlaqlaşmış versiyası olduğunu düşünürdü. Rəqəm dəyəri 60-dır. Nümunələr:

Alban yazısı Transkripsiyası Tərcüməsi Udi dilində
𐔴𐔿𐔼 en'i yeni ini
Üst