Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İslam Maqometoviç Datıyev (1884 – 1965, Bakı) — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini.

İslam Datıyev

Vikipediya, azad ensiklopediya
İslam Datıyev
Azərbaycan Dövlət Aqrar Universitetin 2-ci direktor
1929 – 1932
ƏvvəlkiDadaş Bünyadzadə
SonrakıHüseyn Musayev
Şəxsi məlumatlar
Doğum tarixi 1884(1884)
Vəfat tarixi 1965(1965) (80–81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti iqtisadçı

İslam Maqometoviç Datıyev (1884 – 1965, Bakı) — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini.

Həyatı

1929-1932-ci illərdə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində çalışmış və onun ilk təşkilatçılarından olmuşdur. Aqronomluq fakültəsinin tərkibində bitkiçilik kafedrasının ilk müdiri olmuşdur. Onun rəhbərliyi dövründə bitkiçilik fakültəsinin nəzdində 3 şöbə: meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq və meşəçilik və tərəvəzçilik şöbələri, heyvandarlıq fakültəsinin nəzdində isə ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmışdır.

Onun təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın planlaşdırılması" kafedrasının müdiri vəzifəsində işləmişdir.

Üst