Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu – 29 dekabr 2025, Malmö) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Birinci Qarabağ müharibəsi iştirakçısı.

Şahin Tağıyev

Vikipediya, azad ensiklopediya
Şahin Tağıyev
Şəxsi məlumatlar
Doğum adı Şahin Tağıyev
Doğum tarixi 3 fevral 1949(1949-02-03)
Doğum yeri
Vəfat tarixi 29 dekabr 2025(2025-12-29) (76 yaşında)
Vəfat yeri
  • Malmö, İsveç
Dəfn yeri
  • Hərbi Memorial Məzarlıq
Dəfn tarixi 16 yanvar 2026
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı — 1992

Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu – 29 dekabr 2025, Malmö) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Şahin Talıb oğlu Tağıyev 3 fevral 1949-cu ildə Tərtər şəhərində anadan olmuşdur. Əslən Şuşadandır. Kiçik yaşlarından Bakıya köçmüş, Bakının Bülbülə qəsəbəsində böyümüşdür. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olmuşdur. 1969-cu ildə texnikumu bitirmiş və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilmişdir. Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləmişdir.

1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Şahin Tağıyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Tağıyev bu ada layiq görülən ilk 4 nəfərdən biridir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir. 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunmuşdur.

Şahin Tağıyev 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak etmişdir. O, Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olmuş, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilmişdir. 2001-ci ildən İsveçdə mühacirətdə yaşayırdı. Ailəli idi, bir oğlu, bir qızı (Rövşən və Nigar), nəvələri var. Şahin Tağıyev 2024-cü ildə infarkt keçirmiş, beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. O, bundan sonra "Oxie" reabilitasiyası mərkəzində yaşamağa başlamışdır. Bu dövrdə Tağıyev nitqini itirmişdi və hərəkət edə bilmirdi. O, 29 dekabr 2025-ci ildə 76 yaşında uzun sürən xəstəlikdən sonra İsveçin Malmö şəhərində vəfat etmişdir. 15 yanvar 2026-cı ildə nəşi Azərbaycana gətirilmişdir. Hərbi Memorial Məzarlıq – İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Üst