Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972, Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

Şahmar Mövsümov

  • Ana Səhifə
  • Şahmar Mövsümov

Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972, Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri.

Şahmar Mövsümov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
29 noyabr 2019 – indiyə kimi
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
15 may 2006 – 29 noyabr 2019
Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru
2005 – 2006
Şəxsi məlumatlar
Doğum tarixi 31 yanvar 1972(1972-01-31) (54 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ
Azərbaycan
Təhsili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (1990–1995)
Harvard Kennedi Məktəbi (2003–2004)
Fəaliyyəti dövlət xadimi

Təltifləri

Həyatı

Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır.

1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.

2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub.

2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2019-cu 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2020-ci il 9 sentyabr tarixindən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Mükafatları

  • "Tərəqqi" medalı — 29 dekabr 2009
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Qubadlı rayonu

  • Mart 26, 2026

    Qazaxıstan

  • Aprel 02, 2026

    Sahib Ələkbərov

  • Mart 30, 2026

    Kinşasa

  • Aprel 03, 2026

    Saxa Respublikası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst