Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Çəmənli, Ağdam rayonu – 30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist.

Şahmar Əkbərzadə

Vikipediya, azad ensiklopediya
Şahmar Əkbərzadə
Şahmar Əkbər oğlu Əkbərzadə
Doğum tarixi 28 dekabr 1941(1941-12-28)
Doğum yeri
Vəfat tarixi 30 avqust 2000(2000-08-30) (58 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Slavyan Universiteti
Fəaliyyəti jurnalist, şair
Soldan: Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə , Əhməd Şmide və Ağəddin Mənsurzadə

Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Çəmənli, Ağdam rayonu30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist.

Həyatı

Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.

1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat etmişdir.

10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur. Ölümündən sonra "Xarı Bülbül Nəğmələri" kitabı çap olundu.

Şeirləri

  • "Qarabağsız Qarabağlı"
  • "Dayanın!"
  • "Özün özgənin"
  • "Qrimləyir"
  • "Yollar"
  • "Təzə nağara"
  • "Allah amandır!"
  • "Hanı"
  • "Laçın Şahverdi dədəyə"
  • "Üşüdü"
  • "Kirpiyimi qədəminə sərim qoy!"
  • "Bilməyim"
  • "Bitməsin"
  • "Ayırar bu dünya ən vaxtsa bizi"
  • "Əlvida"
  • "Səni"
  • "Dağdağan"
  • "Tüstümüz"
  • "Eşmə"
  • "Bu sənsən?"
  • "Tikan, gəl öpüşək"
  • "Salam de"
  • "Dayanın"
  • "Əlvida"
  • "Mərkəzi poçtxana"
  • "Göyərər"
  • "48 ölçülü qadın paltarı"
  • "Anam Azərbaycana"
  • "Laçın dağlarına məktub"

Kitabları

  • Mil üzümçüləri. Bakı: Azərb. SSR Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Elmi və Təbliğatı Baş İdarəsi, 1973;
  • Anama layla. Bakı: Gənclik, 1978;
  • Sevgi borc verilməz. Bakı: Yazıçı, 1982;
  • Ona yanıram ki. Bakı Yazıçı, 1988;
  • Haqqa pəncərə. Bakı: Dünya, 1998;
  • Sev məni. Bakı: Azərbaycan, 2000.

Haqqında yazılmış monoqrafiya

  • Fidan Abdurəhmanova. İstiqlal arzusu ilə yaşayan şair. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2022, 128 səh.

Filmoqrafiya

  1. Qaragülün nağılı (film, 2007)
Üst