| Şober şorgiləsi | ||||||
|---|---|---|---|---|---|---|
| | ||||||
| Elmi təsnifat | ||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Malvidlər Dəstə: Sabunağacıçiçəklilər Fəsilə: Şorgiləkimilər Cins: Şorgilə ???: Şober şorgiləsi | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Şober şorgiləsi (lat. Nitraria schoberi) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü.
Təbii yayılması
Növün arealına Qərbi Asiya, Qafqaz, Orta Asiya, Çin, Şərqi Avropa (Krım), Cənubi-Şərqi Avropa (Rumıniya) daxildir.
Botaniki təsviri
Hündürlüyü 1,5 m-dək (bəzən 2 m) olan dağınıq koldur. Zoğları möhkəm, tikanlı, ağımtıl qabıqla örtülmüşdür. Yarpaqları növbəli, uzunsov-belvari, 2 sm uzunluqda, 2-5 mm enindədir. Çiçəkləri antimorf, çiçək qruplarına (buruqlara) yığılmışdır. Çiçək yanlığı 5 ədəd ətli kasayarpaqlı, 5 ədəd, sarımtıl-ağ ləçəkli, 10-15 erkəkcikli və bir dişiciklidir. Meyvəsi şarşəkilli-yumurtavari, birtoxumlu çəyirdəkdir. Əvvəlcə meyvəsi qırmızı, yetişdikdə təxminən qara rəngli olur. May-iyunda çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Ekologiyası
İşıqsevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Yarımsəhralarda, çılpaq çöllərdə, şoran torpaqlarda, daşlı-çınqıllı yamaclarda bitir.
Azərbaycanda yayılması
Növ Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Böyük Qafqazda rast gəlinir.
İstifadəsi
Bitkinin meyvəsi xoş, şor dadı ilə fərqlənən şirəli çəyirdəkdir. Onlar çiy yeyilir, kompot, mürəbbə, şirə, povidla, cem, konfetlər düzəldilir. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.
Həmçinin bax
- Sibir şorgiləsi
Ədəbiyyat
- Деревья и кустарники. СССР. т. 4. 1958;
- Флора Азербайджана т.6. 1955; Azərbaycanın ağac və kolları. III cild. 1970;
- Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
- Şorgilə
- 1759-cu ildə təsvir edilən bitkilər
- Qərbi Asiya florası
- Təhlükədə olmayan növlər
- Mərkəzi Asiya florası
- Karl Linney tərəfindən adlandırılmış botanika taksonları
- Qərbi Himalay florası
- Şəxslərin adını daşıyan bitki taksonları