| Ədli Mənsur | |
|---|---|
| ərəb. عدلي منصور | |
| 3 iyul 2013 – 8 iyun 2014 | |
| Əvvəlki | Məhəmməd Mürsi |
| Sonrakı | Əbdülfəttah əs-Sisi |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 23 dekabr 1945 (80 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | hakim, siyasətçi, vəkil, müvəqqəti prezident, hüquqşünas |
| Uşağı | 3 |
| Dini | sünnilik |
| | |
| Təltifləri | |
![]() | |
Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور; 23 dekabr 1945) — Misirin müvəqqəti prezidenti.
Həyatı
Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib.
Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir.
Ailəsi
Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var.
Siyasi fəaliyyəti
Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib.
Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.
Ədli Mənsur 2013-cü il iyulun 3-də Misirdə dövlət başçısı (müvəqqəti prezident) postuna gətirilib.
- 23 dekabrda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Misirdə doğulanlar
- Qahirə Universitetinin məzunları
- Respublika ordeni kavalerləri (Misir)
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Misir prezidentləri
- XXI əsr siyasətçiləri
- XX əsr siyasətçiləri
