Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Aka

Əkməl Nur

Vikipediya, azad ensiklopediya
Əkməl Nur
özb. Nuriddinov Akmal Vahobovich
Doğum tarixi 27 fevral 1959(1959-02-27) (67 yaş)
Doğum yeri
  • Nəməngan, Özbəkistan Sovet Sosialist Respublikası, SSRİ
Fəaliyyəti rəssam
Təhsili
  • Özbəkistan Dövlət İncəsənət İnstitutu[d]
Mükafatları "Fədakar xidmətlərə görə" ordeni

Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik.

Həyatı

Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.

Üst