| Əminə Nağıyeva | |
|---|---|
| Əminə Abbas qızı Nağıyeva | |
| | |
| Doğum tarixi | 26 mart 1919 |
| Doğum yeri | Bakı, Azərbaycan Demokratik Respublikası |
| Vəfat tarixi | 23 iyul 1977 (58 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | |
| Fəaliyyəti | aktrisa |
| Mükafatları | |
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943).
Həyatı
Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.
1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Filmoqrafiya
- Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: mamaça
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bizim küçə (film, 1961)
- Həyat bizi sınayır (film, 1972)
- Qəribə əhvalat (film, 1960)
- Qızıl qaz (film, 1972)
- 26 martda doğulanlar
- 1919-cu ildə doğulanlar
- 23 iyulda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan SSR əməkdar artistləri
- Əlifba sırasına görə teatr xadimləri
- Bakıda doğulanlar
- Azərbaycan aktrisaları