Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əsəd Cəlal oğlu Əhmədov (15 iyul 1970, Saral, Hamamlı rayonu – 31 iyul 1992, Papravənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi

Əsəd Əhmədov

Vikipediya, azad ensiklopediya
Əsəd Əhmədov
Əsəd Cəlal oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1970(1970-07-15)
Doğum yeri
  • Saral, Hamamlı rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 31 iyul 1992(1992-07-31) (22 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Rütbəsi
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsəd Cəlal oğlu Əhmədov (15 iyul 1970, Saral, Hamamlı rayonu31 iyul 1992, Papravənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Əsəd Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.

Döyüşlərdə iştirakı

Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.

O, 1992-ci il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 67–68.
Üst