Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İstisu (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbayca

İstisu (Lənkəran)

38°47′51″ şm. e. 48°44′44″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
İstisu
38°47′51″ şm. e. 48°44′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Lənkəran rayonu
Bələdiyyə sədri Hüseynağa Ağazadə
Tarixi və coğrafiyası
Əvvəlki adı Kirov
Sahəsi 6,6207 km²
Əhalisi
Əhalisi 3.817 nəfər (2024)
Milli tərkibi azərbaycanlılar, talışlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 25-65
Nəqliyyat kodu 42
Xəritəni göstər/gizlə
İstisu xəritədə
İstisu
İstisu

İstisu (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə İstisu şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi İstisu qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.

Toponimikası

İstisu qəsəbəsinin əvvəlki adı Kirov olmuşdur. Qəsəbə 1932-ci ildə salınanda Sovet dövlət xadimi Sergey Kirovun şərəfinə belə adlandırılmışdı. Sonralar isə qəsəbənin adı dəyişdirilərək "İstisu" qoyulub.

"İstisu" sözü iki hissədən ibarətdir:

  • isti — isti, qaynar
  • su — su

Bu ad qəsəbə ərazisində yerləşən mineral və termal bulaqlarla bağlı verilmişdir. Yəni "İstisu" — "isti su, qaynar bulaq" mənasını verir. 1999-cu ildə rəsmi olaraq bu ad qəbul edilmişdir.

Tikililər

İstisu qəsəbəsində sosial obyektlərdən 2 tam orta məktəb, kitabxana, sənətkarlıq klubu, sahə xəstəxanası, uşaq bağçası, poçt, ATS, 2 məscid, çay fabriki, mağaza-dükanlar, bərbərxanalar, ictimai iaşə obyektləri, stadion və digərləri fəaliyyət göstərir. Qəsəbədə İstisu mineral bulaqları, Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə abidə vardır.

Qəsəbədə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. İcra nümayəndəliyi və bələdiyyə tək İstisu qəsəbəsini əhatə edir.

Coğrafiyası və iqlimi

Qəsəbə rayon mərkəzindən 7 km aralıda, Talış dağlarının ətəyində yerləşir. Vaxtilə 1000 hektara yaxın olan ərazini əhatə edən qəsəbə hazırda cəmi 678 hektardır ki, bunun da 200 hektarından çoxu yaşayış evlərinin payına düşür.

Əhalisi

Əhalisi 3630 nəfərdir, 1880 nəfəri qadınlar, 19 nəfəri "Qəhrəman ana"dır, 718 ailə təsərrüfatı var(2017).

Tanınmış şəxsləri

Sovet dövründə qəsəbə sakinlərindən Xanımqız Qədirova SSRİ Ali Sovetinin, Tuğra Əliyeva və Nadir Məmmədov Azərbaycan SSR Ali Sovetinin deputatları seçilmişdilər.

Qəsəbənin 12 sakini Qarabağ müharibələrində şəhidlik zirvəsinə yüksəlmişdir.

Həmçinin bax

Üst