| Şıx Dursun | |
|---|---|
| | |
| 39°41′37″ şm. e. 46°56′41″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocavənd rayonu |
| Əhalisi | |
| Əhalisi |
|
| Şıx Dursun | |
Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb.
Toponimikası
XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır.
Tarixi
Tarixi abidələri
Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 247 | Məbəd | XII əsr | Şıx Dursun kəndi | Memarlıq | Ölkə |
Coğrafiyası və iqlimi
Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | XXXX | XXXX | XXXX |
| 2009 | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Xocavənd rayonunun kəndləri
- Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
