Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çapar — Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd.

Çapar (Ağdərə)

40°09′13″ şm. e. 46°25′26″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çapar
40°09′13″ şm. e. 46°25′26″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.183 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 96 nəf. (2026)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Çapar xəritədə
Çapar
Çapar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ÇaparAzərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi.

Tarixi

Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.

1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çapar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çapar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

Həmçinin bax

Üst