Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.

Ələyəz (Dərələyəz)

39°52′20″ şm. e. 45°21′35″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənd
Ələyəz
39°52′20″ şm. e. 45°21′35″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.580 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 369 nəf. (1831, 1873, 1897, 1914, 1926, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ələyəz xəritədə
Ələyəz
Ələyəz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.

Tarixi

Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz, Alagəz, Alagöz kimi qeyd edilir.

Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adı V əsrdən xatırlanır.

Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır.

1918-19 - cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada 1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 353 nəfər, 1959 - cu ildə 499, 1970-ci ildə 884 nəfər, 1979 - cu ildə 963 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Abidələri

Əxi Təvəkkül zaviyəsi

Həmçinin bax

Üst