Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-Sovet dövlət və partiya xadimi, Azərbayca

Ağamirzə Əhmədov

Vikipediya, azad ensiklopediya
Ağamirzə Əhmədov
Azərbaycan SSR ticarət naziri
21 yanvar 1959 12 avqust 1963
ƏvvəlkiNadir Axundov
SonrakıAğarza Qafarov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1954 yanvar 1959
ƏvvəlkiƏlövsət Əbdülrəhimov
SonrakıƏliş Ləmbəranski
Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini
1952 17 aprel 1953
SədrHəsən Seyidov
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan SSR Ali Sovetinin sədri
26 mart 1951 18 aprel 1953
ƏvvəlkiYusif Yusifov
SonrakıMustafa Topçubaşov
Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi
sentyabr 1949 1951
Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi
1944 1949
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin ikinci katibi
1943 1944
Birinci katibHüseyn Nəcəfov
SonrakıŞirəli Məmmədov
Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Rayon Komitəsinin birinci katibi
1941 1941
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905)
Doğum yeri
Vəfat tarixi 12 may 1964(1964-05-12) (58–59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1928-ci ildən)
Təhsili
  • Bakı Ali Partiya Məktəbi,
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d] (1939–1941)
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası12 may 1964, Bakı) — Azərbaycan-Sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963).

Həyatı

Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində[rus.] oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir.

Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.

1951–1953-cü illərdə Ağamirzə Əhmədov Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş və paralel olaraq 1952-ci ildə Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin edilmişdir. Vilayət ləğv edildikdən sonra o, Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir. 1954-cü ilin əvvəllərindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olmuşdur. 1963-cü ilədək o, Azərbaycan SSR ticarət naziri, ömrünün sonlarına yaxın vaxtlarda isə Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir.

Ağamirzə Əhmədov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Partiya Komitəsinin büro üzvü, 1956–1961-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1961–1964-cü illərdə isə Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. O, iki dəfə "Qırmızı əmək bayrağı", ikinci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. SSRİ Ali Sovetinin (3-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin deputatı (2–5-ci çağırış) deputatı seçilmişdir.

Ağamirzə Əhmədov 1964-cü ilin may ayında Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Həmçinin bax

  • Nəcməddin Əhmədov (əmisi oğlu)
  • Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı
  • Azərbaycan SSR hökuməti (1959–1963)
Üst