| Biləvətəpə dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 1631,0 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Biləvətəpə dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Qaraquş (2600,5 m) yüksəkliyindən cənub-qərbə ayrılan Remlər qolunun şimal yamacında, keçmiş Biləvə kəndinin dağıntılarından 1000 m cənubda yerləşən dağ (hünd. 1631,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Şərur rayonunun dağları