| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Müstəqil filosoflar Heraklit • Anaksaqor • Empedokl Qədim yunan atomçuları Levkipp • Demokrit Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) Skeptisizm Pirron • Enesidemus • Aqrippa Epikürçülük Epikür • Lukretius Peripatetizm Rodoslu Andronikus Platonizm Karneades • Kliptomaxus • Filon Larissalı 'Stoaçılıq' Erkən dövr → Kitiyalı Zenon • Xrisippus • Kleantes |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Peripatetizm Afrodisialı Aleksandr Orta platonizm Alkinous • Apuleyus • Qalen • Plutarx • Maksim • Filon • Selsus • Teon Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius |
Eretriya məktəbi — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir.
Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara məktəbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi eretriyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar.
Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m. ö. IV yüzillik) və Eretriyalı Menedem (yun. Μενέδημος, təxminən m. ö. 345 – 261) olmuşdurlar. Platonun məşhur dialoqlarının biri olan "Fedon" Elidalı Fedonun adını daşıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraqmentlərdən başqa heç bir məlumat zamanımıza çatmamışdır.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 115-116. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Новая философская энциклопедия: в 4 т./ Ин-т философии РАН; Нац. обществ.-науч. фонд; Предс. научно-ред. совета В. С. Стёпин. — М.: Мысль, 2010.
Həmçinin bax
- Sokrat
- Sokratçı məktəblər
- Fəlsəfə tarixi
- Antik fəlsəfə
- Fəlsəfi cərəyanlar
- Fəlsəfi cərəyanlar və məktəblər
- Qədim Yunanıstan fəlsəfəsi
