Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1. Sokrat və sokratçılar: Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  •

Teon Smirnalı

Vikipediya, azad ensiklopediya
Teon Smirnalı
q.yun. Θέων ὁ Σμυρναῖος
Doğum tarixi təq. 70(0070)
Doğum yeri
  • İzmir
Vəfat tarixi təq. 135(0135) (64–65 yaşında)
Fəaliyyəti riyaziyyatçı, astronom, musiqişünas, musiqi nəzəriyyəçisi, filosof
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales   Anaksimandr   Anaksimen
Elea məktəbi
Ksenofan   Parmenid   Eleyalı Zenon   Melissus
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Pifaqorçular
Pifaqor   Filolaus   Hippas   Arxitas   Alkmeon
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlər → Trasimaxus   Likofron   Kritius   Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen   Diogen   Bion Boristenes   Kerkidas   Kratet və Hipparxia
Kirenaçılar → Aristipp   Hegesias   Annikeris   Teodorus   Evhemerus
MeqaraçılarEvklides   Stilpon   Evbulides   Diodorus Kronus
EretriyaçılarElidalı Fedon   Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus   Ksenokrates   Polemon   Krates   Heraklides   Eudoksus   Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus   Evdemus   Straton   Dikearxus   Aristarxus   Demetri   Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron   Enesidemus   Aqrippa
Epikürçülük
Epikür   Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades   Kliptomaxus   Filon Larissalı

'Stoaçılıq'

Erkən dövrKitiyalı Zenon   Xrisippus   Kleantes

Orta dövr → Panetius   Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
Neopifaqorçuluq → Apollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Smirnalı Teon (yun. Θέων 6 Σμνρναΐος, təq. 70, İzmirtəq. 135) da orta dövrün akademiklərindən (platonçularından) biri olmuşdur. O, "Platonun əsərlərini oxuyarkən riyazi predmetlərin icmalı" (yun. Τα κατά μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν) adlı əsərin müəllifi idi. Həmin kitaba latın dilində qısaldılmış olaraq "Expositio" deyilir. Bu kitab antik dövrün məktəblərində tədris edilmək üçün yazılmış və orada riyaziyyat, musiqi nəzəriyyəsi və astronomiya elmlərindən bilgilər verilmişdir. Mətni yazarkən Teon, keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir.

Əsərin riyazi bölümündə Teon "bir" və "vahid" anlayışlarının fərqləndirilməsini zəruri bilirdi, çünki hər bir rəqəm "birlərin" cəmidir. "Vahid" isə hər bir çoxluq çeşidlərindən aralanmış təklikdə olan ideal başlanğıcdır ki, onu yalnız düşüncə ilə qavramaq mümkündür və onun bölünməsi imkansızdır. Daha sonra Teon tərəfindən rəqəmlərin tək və cüt, sadə və mürəkkəb və s. növləri araşdırılmışdır.

Əsərin musiqi bölümündə nəğmələrdə rəqəmlər ahənginə riayət edilməsinin vacibliyi vurğulanmış və bunun qaydaları açıqlanmışdır. Burada musiqi nəzəriyyəsinin əsas elementləri də araşdırılmışdır.

Astronomiya bölümündə Teon yerin kürə olmasına dair çoxlu dəlillər gətirmiş, planetlər və göy cisimləri haqqında öz zamanının təsəvvürlərini açıqlamışdır. Bu təsəvvürlər yuxarıda sözü keçən başqa yunan filosofların baxışlarına bənzər olmuşdur. Belə ki, Teon yerin kainatın mərkəzində olmasını iddia edirdi. Onun fikrincə planet və ulduzların çoxu hərəkət etmir. Bəziləri isə, günəş və ay kimi, yerin ətrafında fırlanır. Burada həm də günəşin və ayın tutulması kimi təbiət olaylarına da münasibət bildirilmişdir.

Həmçinin bax

  • Orta platonizm
Üst