Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1. Sokrat və sokratçılar: Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  •

Alkmeon (Krotonalı)

Vikipediya, azad ensiklopediya
Krotonalı Alkmeon
Ἀλκμαίων ο Κροτωνιάτης
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
  • Krotone, Krotone əyaləti[d], Kalabriya, İtaliya
Vəfat tarixi e. ə. V əsr
İstiqaməti Pifaqorçular məktəbi, Sokrataqədərki fəlsəfə
Əsas maraqları fəlsəfə
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales   Anaksimandr   Anaksimen
Elea məktəbi
Ksenofan   Parmenid   Eleyalı Zenon   Melissus
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Pifaqorçular
Pifaqor   Filolaus   Hippas   Arxitas   Alkmeon
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlər → Trasimaxus   Likofron   Kritius   Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen   Diogen   Bion Boristenes   Kerkidas   Kratet və Hipparxia
Kirenaçılar → Aristipp   Hegesias   Annikeris   Teodorus   Evhemerus
Meqaraçılar → Evklides   Stilpon   Evbulides   Diodorus Kronus
Eretriyaçılar → Elidalı Fedon   Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus   Ksenokrates   Polemon   Krates   Heraklides   Eudoksus   Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus   Evdemus   Straton   Dikearxus   Aristarxus   Demetri   Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron   Enesidemus   Aqrippa
Epikürçülük
Epikür   Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades   Kliptomaxus   Filon Larissalı

'Stoaçılıq'

Erkən dövr → Kitiyalı Zenon   Xrisippus   Kleantes

Orta dövr → Panetius   Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Peripatetizm
Afrodisialı Aleksandr
Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
Neopifaqorçuluq → Apollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Krotonalı Alkmeon (yun. Ἀλκμαίων ο Κροτωνιάτης, təxminən m. ö. V – IV yüzilliklər) ilk yunan filosoflarından biri, pifaqorçular məktəbinin təmsilçisi, təbib, bioloq. Cənubi İtaliyanın Krotona şəhərində yaşamış, Pifaqordan dərs aldığı ehtimal edilir.

Təbabət və biologiya sahəsində araşdırmaları

Zamanımıza çatmayan "Təbiət haqqında" kitabın müəllifi olmuşdur. Zoologiya, botanika və anatomiya elmləri üzrə araşdırmalar aparmış və özəl fikirlərlə çıxış etmişdir. Zamanının başqa filosoflarından fərqli olaraq Alkmeon dünyanın yaranması və quruluşu haqqında fikirlərə önəm verməmişdir.

Anatomiya

Alkmeon beyinə gedən göz sinirlərini araşdırarkən belə nəticəyə gəlmişdir ki, görmək, eşitmək, hiss etmək kimi duyğular göz, qulaq, dəri kimi orqanlardan özəl kanallar vasitəsilə beyinə ötürülür. Orada onlar "emal" olunur və düşüncə yaranır. Beləliklə, beyin düşüncənin və idrakın mərkəzidir. Antik botanik Teofrastus "Duyğular haqqında" kitabında yazmışdır ki, bununla Alkmeon düşüncə ilə duyğu anlayışlarını bir-birindən ayırmışdır. Onların hər ikisi insandadır; heyvanlarda isə yalnız duyğusallıq vardır. Burada o duyğusallığa (empirizmə) üstünlük verərək deyirdi ki, hər şeydən öncə duyğu gəlir, onsuz dünya qavranılmaz.

Embriologiya

Alkmeon ibtidai embrioloji fikirlərlə də çıxış etmişdir. Onun fikrincə, embrion (döl) kişi və qadın toxumlarının birləşməsindən yaranır. Bu birləşmədə kişi toxumu çoxluqda olanda oğlan, qadın toxumu çoxluqda olanda isə qız doğulur. Ana bətnində ilk olaraq baş yaranır. Qidanı isə embrion hansısa orqanı ilə deyil, bütün cismi ilə anadan alır.

Fəlsəfəsi

Alkmeon həm də insanın yetkinliyə çatmasını bitkilərdə gedən proseslərlə müqayisə edirdi. Belə ki, toxum atmaqdan öncə bitkilər gül açır. Eləcə də, yetkinlik çağı gəlməmişdən öncə insanın cinsi orqanlarının ətrafında tüklər böyüyür.

Alkmeona görə, insan sağlamlığı onun içində olan isti-soyuq, quru-nəm, şirin-acı kimi bir-birinə qarşı duran qüvvələrin bərabərliyidir. Bunu o "izonomiya" adlandırmışdır. Bu qüvvələrdən hansısa biri başqalarına üstün gəlirsə, onda xəstəlik başlanır. Bunu da Alkmeon dövlət və cəmiyyətin qanunları ilə müqayisədə görürdü. Toplumda da qüvvələr nisbəti bərabər paylaşanda stabillik olur. Bu müvazinət pozulduqda isə qarışıqlıq yaranır. Müvazinətin pozulmasını, eləcə də bir qüvvənin başqalarını üstələməsini Alkmeon dövlət quruluşu ilə müqayisə edərək "monarxiya" (krallıq) adlandırmışdır.

Alkmeon insanı mikrokosm kimi dəyərləndirmiş və onu kosmosun hissələri olan cisimlərlə müqayisə edirdi. Belə ki, ölməz olan insan ruhu kosmosun ölməz hissələri olan günəşə, aya və ulduzlara uyğundur. Onun ruhu kosmik cisimlər kimi dairəvi hərəkətdədir. Bu hərəkət dayanan kimi ölüm baş verir. Ruhun ən yüksək hissəsi insanın beynində yerləşir.

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 50-53. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Foca A. The origin of experimental medicine in the school of Alcmaeon from Kroton and the diffusion of his philosophy within the Mediterranean area.Skepsis, v. 13–14, 2002, p.242–253.
  • Лебедев А. В. Фрагменты ранних греческих философов. М.: Наука, 1989.
  • Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.

Həmçinin bax

Üst