| Nazirlər Kabineti | |
|---|---|
| |
| |
| |
| Ümumi məlumatlar | |
| Ölkə | |
| Yurisdiksiya | Azərbaycan Respublikası |
| Yaradılma tarixi | 7 fevral 1991 |
| Əvvəlki qurum | Azərbaycan SSR Nazirlər Soveti |
| Tabelik | Azərbaycan Prezidenti |
| Baş qərargah | |
| Ünvan | Səbail rayonu, M.Lermontov 68 |
| Rəhbərlik | |
| Baş nazir | Əli Əsədov |
| Baş nazirin birinci müavini | Yaqub Eyyubov |
| Baş nazirin müavinləri | Şahin Mustafayev Samir Şərifov |
| Rəsmi saytı | nk.gov.az |
Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.
Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.
Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.
Tarixi
Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.
1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.
Nazirlər Kabinetinin statusu
Azərbaycan Konstitusiyasının 114-cü maddəsi Nazirlər Kabinetinin statusu haqqındadır.
- I. Azərbaycanın Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycanın Nazirlər Kabinetini yaradır.
- II. Azərbaycanın Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır.
- III. Azərbaycanın Nazirlər Kabineti Azərbaycanın Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
- IV. Azərbaycan Nazirlər Kabinetinin iş qaydasını Azərbaycanın Prezidenti müəyyənləşdirir.
— Azərbaycan Konstitusiyasının 114-cü maddəsi
Azərbaycan Konstitusiyasının 115-ci maddəsi Nazirlər Kabinetinin üzvləri haqqındadır.
- Azərbaycan Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
— Azərbaycan Konstitusiyasının 115-ci maddəsi
Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Konstitusiyasının 119-cu maddəsi Nazirlər Kabinetinin səlahiyyətləri haqqındadır.
- Azərbaycan dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycanın Prezidentinə təqdim edir;
- Azərbaycan dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
— Azərbaycan Konstitusiyasının 119-cu maddəsi
Nazirlər Kabinetinin tərkibi
Vəzifə | Vəzifəli | Partiya | Vəzifədədir | |
Baş nazir və müavinləri | ||||
| Baş nazir | Əli Əsədov | Yeni Azərbaycan Partiyası | 8 oktyabr 2019 | |
| Baş nazirin birinci müavini | Yaqub Eyyubov | 14 fevral 2003 | ||
| Baş nazirin müavini | Şahin Mustafayev | 22 oktyabr 2019 | ||
| Baş nazirin müavini | Samir Şərifov | Bitərəf | 10 yanvar 2025 | |
Nazirlər | ||||
| Daxili İşlər Nazirliyi | Vilayət Eyvazov | Bitərəf | 20 iyun 2019 | |
| Ekologiya və Təbii Sərvətlər Nazirliyi | Rəşad İsmayılov | Bitərəf | 10 fevral 2026 | |
| Energetika Nazirliyi | Pərviz Şahbazov | Bitərəf | 12 oktyabr 2017 | |
| Fövqəladə Hallar Nazirliyi | Kəmaləddin Heydərov | 6 fevral 2006 | ||
| Ədliyyə Nazirliyi | Fərid Əhmədov | 27 fevral 2024 | ||
| Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Anar Əliyev | Bitərəf | 7 fevral 2025 | |
| Gənclər və İdman Nazirliyi | Fərid Qayıbov | Bitərəf | 7 sentyabr 2021 | |
| İqtisadiyyat Nazirliyi | Mikayıl Cabbarov | 24 oktyabr 2019 | ||
| Kənd Təsərrüfatı Nazirliyi | Məcnun Məmmədov | 14 aprel 2023 | ||
| Maliyyə Nazirliyi | Sahil Babayev | 6 fevral 2025 | ||
| Mədəniyyət Nazirliyi | Adil Kərimli | 14 aprel 2023 | ||
| Müdafiə Nazirliyi | Zakir Həsənov | 22 oktyabr 2013 | ||
| Müdafiə Sənayesi Nazirliyi | Vüqar Mustafayev | 18 noyabr 2023 | ||
| Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi | Rəşad Nəbiyev | 11 oktyabr 2021 | ||
| Səhiyyə Nazirliyi | Teymur Musayev | 19 yanvar 2022 | ||
| Elm və Təhsil Nazirliyi | Emin Əmrullayev | 27 iyul 2020 | ||
| Xarici İşlər Nazirliyi | Ceyhun Bayramov | 16 iyul 2020 | ||
Komitələrin sədrləri | ||||
| Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | Bahar Muradova | Yeni Azərbaycan Partiyası | 11 mart 2020 | |
| Diasporla İş üzrə Dövlət Komitəsi | Fuad Muradov | Bitərəf | 24 aprel 2018 | |
| Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | Ramin Məmmədov | Yeni Azərbaycan Partiyası | 8 aprel 2024 | |
| Dövlət Gömrük Komitəsi | Şahin Bağırov | Bitərəf | 14 fevral 2023 | |
| Dövlət Statistika Komitəsi | Azər Mursaqulov | Bitərəf | 10 fevral 2026 | |
| Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | Anar Quliyev | Bitərəf | 8 yanvar 2020 | |
| Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | Rövşən Rzayev | 22 aprel 2018 | ||
Xidmət rəisləri | ||||
| Dövlət Miqrasiya Xidməti | Vüsal Hüseynov | Yeni Azərbaycan Partiyası | 24 aprel 2018 | |
| Dövlət Sərhəd Xidməti | Elçin Quliyev | Bitərəf | 31 iyul 2002 | |
| Dövlət Təhlükəsizliyi Xidməti | Əli Nağıyev | 20 iyun 2019 | ||
| Xarici Kəşfiyyat Xidməti | Orxan Sultanov | 14 dekabr 2015 | ||
| Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti | Mürsəl İbrahimov | 17 aprel 2023 | ||
Agentlik sədrləri | ||||
| Dövlət Su Ehtiyatları Agentliyi | Zaur Mikayılov | Bitərəf | 30 mart 2023 | |
| Dövlət Turizm Agentliyi | Fuad Nağıyev | 24 aprel 2018 | ||
| Qida Təhlükəsizliyi Agentliyi | Qoşqar Təhməzli | 24 aprel 2018 | ||
İdarə rəisi | ||||
| Milli Arxiv İdarəsi | Əsgər Rəsulov | Bitərəf | 31 iyul 2018 | |
Tabe qurumlar
Dövlət Tərcümə Mərkəzi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda müxtəlif sahələrdə tərcümə işini mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparan dövlət qurumudur.
Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 21 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilib.
Terminologiya Komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumudur.
Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Həmçinin bax
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası
- Əlifba sırasına görə dövlət qurumları
- 1991-ci ildə yaradılmış təşkilatlar
- Azərbaycan Nazirlər Kabineti
- 1991-ci ildə Azərbaycanda yarananlar

