| Azər Badamov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum adı | Azər Camal oğlu Badamov |
| Doğum tarixi | 18 avqust 1968 (58 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI, VII, çağırış deputatı.
Həyatı
Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib.
Siyasi fəaliyyəti
Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini və Aqrar siyasət komitəsinin tərkibindədir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
- 18 avqustda doğulanlar
- 1968-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Qusar rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Texnologiya Universitetinin məzunları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
- Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri
- Ləzgiəsilli azərbaycanlılar
- Azərbaycan ləzgiləri