| Aşağı Daşkəsən | |
|---|---|
| 40°31′35″ şm. e. 46°05′48″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Aşağı Daşkəsən | |
Aşağı Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində kənd.
Toponimikası
Oykonim "Daşkəsən yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Daşkəsən filiz mədənlərinin istismarı ilə əlaqədar olaraq Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqələrindəndir.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Qoşqarçayın sahilində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 233 | 116 | 117 |
| 2009 | ↗385 | ↗183 | ↗202 |
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Aşağı Daşkəsən kənd kitabxana filialı, Aşağı Daşkəsən kənd klubu, Aşağı Daşkəsən feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Təhsil
Kənddə 80 şagird yerlik Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəb fəaliyyət göstərir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Aşağı Daşkəsən kənd tibb məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Daşkəsən rayonunun kəndləri
- Daşkəsən (qəsəbə, Daşkəsən) qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
