| Qabaqtəpə | |
|---|---|
| 40°28′36″ şm. e. 45°54′41″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Qabaqtəpə | |
Qabaqtəpə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır.
Tarixi
Tarixi abidələri
Kənddə XIII-XIV əsrlərə aid Qabaqtəpə kilsəsi mövcuddur.
Coğrafiyası və iqlimi
Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 304 | 166 | 138 |
| 2009 | ↘289 | ↘158 | ↘131 |
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.
Mədəniyyəti
Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi, Qabaqtəpə kənd xəstəxanası fəaliyyət göstərir.
Təhsil
Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Qabaqtəpə kənd sahə xəstəxanası yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Daşkəsən rayonunun kəndləri
- Qabaqtəpə (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

