Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində kənd.

Aşağı Daşkəsən

40°31′35″ şm. e. 46°05′48″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Daşkəsən
40°31′35″ şm. e. 46°05′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 385 nəf. (2009)
Xəritəni göstər/gizlə
Aşağı Daşkəsən xəritədə
Aşağı Daşkəsən
Aşağı Daşkəsən

Aşağı DaşkəsənAzərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində kənd.

Toponimikası

Oykonim "Daşkəsən yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Daşkəsən filiz mədənlərinin istismarı ilə əlaqədar olaraq Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqələrindəndir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Qoşqarçayın sahilində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 233 116 117
2009 ↗385 ↗183 ↗202

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə Aşağı Daşkəsən kənd kitabxana filialı, Aşağı Daşkəsən kənd klubu, Aşağı Daşkəsən feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

Təhsil

Kənddə 80 şagird yerlik Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəb fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Aşağı Daşkəsən kənd tibb məntəqəsi yerləşir.

Həmçinin bax

Üst