Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabu

Aşağı Qarabulaq

41°26′02″ şm. e. 44°07′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Qarabulaq
ქვემო ყარაბულახი
41°26′02″ şm. e. 44°07′50″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.340 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 196 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1709
Xəritəni göstər/gizlə
Aşağı Qarabulaq xəritədə
Aşağı Qarabulaq
Aşağı Qarabulaq

Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir.

Coğrafiyası

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir.

Tarixi

Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib.

Əhali

Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir.

1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır.

Təhsil

Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb. 2006-cı ildə kənddə bir ibtidai məktəb fəaliyyət göstərirdi və məktəbdə 16 şagird təhsil alırdı. Hazırda bu məktəbin fəaliyyəti dayandırılmışdır.

Həmçinin bax

Üst