| Qəmərli | |
|---|---|
| კამარლო | |
| 41°20′55″ şm. e. 44°08′16″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| İlk məlumat | 1926 |
| Mərkəzin hündürlüyü | 1.390 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 (360) |
| Poçt indeksi | 1708 |
| Qəmərli | |
Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
Tarixi
Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir.
Coğrafiyası
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.
Əhalisi
Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır.
Nəsillər
- Ovçular:
- Mollalar:
- Novruzlar:
- Məşədialılar:
- Xıvlar:
- Sabellər:
- Becənlər:
- Oruclular
- Aşırlar
- Kalvalılar
- Hacılar (Nəsibağalar)
- Qarabağlılar
- Feyzi oğulları
Təhsil
Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və burada 109 şagird təhsil alır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri