Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist

Fərid Novruzi

  • Ana Səhifə
  • Fərid Novruzi

Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist.

Fərid Novruzi
azərb. Fərid Əlibəy oğlu Novruzi‎
Doğum tarixi 24 fevral 1977 (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Memarlıq və İnşaat Universiteti
Qərb Universiteti
Fəaliyyəti sahibkar, səyyah, bloger

Həyatı

Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var.

Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk "LC Waikiki" mağazasını açmışdır. Hal hazırda bu şirkətlər qrupunun Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistanda 50-dən çox mağazası fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidentidir.

2022-ci ildən isə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) idarə heyətinin sədridir.

Səyahətlər

Fərid Novruzi 2010-cu ildən aktiv səyahət edir və səyyah kimi 110 ölkədə olub. Azərbaycandan yeganə şəxsdir ki, 60 min km məsafə qət edərək təyyarəsiz dünyanı dövr edib. Bu iki mərhələli səyahət pandemiya dövründə 2020 və 2021-ci illərdə baş verib. Səfər 6 qitə, 40 ölkəni əhatə etməklə ümumilikdə 158 gün davam edib. Nəqliyyat kimi gəmi, avtobus, avtomobildən istifadə olunub. 2022-ci ilin noyabr ayında Fərid Novruzi bu səyahəti haqqında "Nuhun gəmisi" adlı kitabını təqdim edib (ISBN 9789952563092). Kitab dünya səyahəti vaxtı onun başına gələn olduqca maraqlı və gözlənilməz macəralardan bəhs edir.

Novruzi eyni zamanda alpinistdir. O, ümumilikdə iyirmidən çox zirvədə olub. Qalxdığı ən hündür yüksəklik Boliviyada Uyano Potosi dağlarındadır - 6.088 metr. İkinci yerdə 5.895 metr olan Kilimancaro dağı, Nepalda 5.550 metrlik Kala Patthar, Ekvadorda 5.140 metr olan İlnitze Norte, Türkiyədə 5.167 metrlik Ağrıdağdır. 2020-ci ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədrinin müavinidir.

Vətən müharibəsi dövründə bir video sosial şəbəkələrdə məşhurlaşmışdı. Videoda Hadrut qəsəbəsini fəth edən əsgər Mersedes markalı iki qapılı, kupe avtomobili görür və deyir ki, bu avtomobil mənim xəyalımdır”. Bundan bir neçə gün sonra Fərid Novruzi öz Facebook hesabında avtomobili aldığı və əsgər eve qayıdandan sonra ona təqdim edəcəyini bildirmişdi. Belə də oldu. Avtomobilin nömrəsinin seriyası simvolik olaraq Xocavənd rayonun seriyası olan 028 ilə idi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 30, 2026

    Volvo

  • Mart 26, 2026

    Gəncə xanlığı

  • Mart 27, 2026

    Vado Korovin

  • Mart 26, 2026

    Azərbaycan Dövlət İqtisad Universiteti

  • Mart 31, 2026

    Tünzalə Əliyeva

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst