Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu.

Firudin Cəm

Vikipediya, azad ensiklopediya
Firudin Cəm
fars. فريدون جم
Şəxsi məlumatlar
Doğum tarixi 1914(1914)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2000(2000-10-13) (85–86 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Hərbi fəaliyyəti
Qoşun növü İran Quru Qoşunları
Rütbəsi
  • general
Təltifləri "Katolik İzabella" ordeninin böyük xaçı — 1977
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firudin Cəm (1914, Tehran13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu.

Həyatı

1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur.

1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır.

Təhsili

Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir.

Karyerası

1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır. Həmin bu müddətdən sonra 1978-ci ilə qədər İranın İspaniyadakı səfiri olmuşdur. 1978-ci ildə Londona köçmüşdür. Pəhləvi hakimiyyəti zamanı son hökumət başçısı olan Şapur Bəxtiyar ona hökumət kabinetində Müdafiə Naziri vəzifəsini təklif etsə də, hökumətin real gücünün çox aşağı olmasını səbəb göstərərək bundan imtina etmişdir.

İran İslam İnqilabı zamanı İran ordusunun bitərəfliyini elan etməsinə etiraz etmiş və bunu vətənə xəyanət adlandırmışdır. Lakin İran-İraq müharibəsi zamanı İran ordusunu dəstəkləmişdir.

Xatirəsi

2011-ci ildə Firudin Cəm Yardım Fondu tərəfindən London Universitetinin Afrika və Şərqşünaslıq bölməsinə İranşünaslığın inkişafı üçün 2 milyon dollar yardım edilmişdir. Bunun qarşılığında bu univeristet İranşünaslığı inkişaf etdirmək üçün fərqli dərslərlə yanaşı, İranşünaslıq üçün yeni təqaüd planları da hazırlamışdır. Bütün bu işlər London Universitetindəki İran İşləri Mərkəzi tərəfindən təşkil edilir. Bütün bunlar Firudin Cəmin valideynlərindən daha əvvəl ölən oğlu Kamran Cəmə həsr edilir.

Həmçinin bax

  • Mahmud Cəm
Üst