Flavilər sülaləsi (lat. Flavii) — 69-96-cı illərdə hökmranlıq etmiş Qədim Romada imperator sülaləsi. Əsası Vespasian (69—79) tərəfindən vətəndaş müharibəsindən (68—69) sonra hakimiyyətə gəlməsilə qoyulmuşdur. Ondan sonra oğlanları böyük Tit (79-81) və kiçik Domisian (81-96) hakimiyyətdə olmuşlar. Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra hakimiyyət Nerva-Antonnlərə keçmiş olur.
Flavilər sülaləsinin zaman xətti

Həmçinin bax
Kateqoriyalar:
- Monarxlar və sülalə nümayəndələri qaralamaları
- Flavilər sülaləsi
- Tarix siyahıları
