Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neopl

Mürtəd Yulian

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Flavius Klavdius Yulian
Flavius Claudius Iulianus
Roma imperatoru
361 363
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
  • Konstantinopol
Vəfat tarixi (31–32 yaşında)
Vəfat yeri
  • Mesopotamiya, İraq
Dəfn yeri
  • Tarsus
Fəaliyyəti siyasətçi, filosof, yazıçı
Ailəsi Konstantinlər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi.

Həyatı

Ioulianou autokratoros ta sozomena, 1696

Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi.

Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər.

Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir. Onun əmrinə əsasən xristianlar bütpərəstlərdən ələ keçirtdikləri məbədləri və əmlakı kahinlərə qaytarmalı və məktəblərdə tədris sistemindən uzaqlaşdırılmalı idilər.

Onun məqsədi Xristianlığın təqibi deyil, onunla rəqabət apara bilən islahatlardan keçmiş antik dinin bərpa edilməsi idi. Ancaq, Yulian bu məqsədə çata bilməmişdir. Az sonra o İranla aparılan savaşda döyüşlərin birində öldürülmüşdür. Onun həmin döyüşdə öz xristian döyüşçüləri tərəfindən öldürüldüyü də güman edilir. Yulianın ölümündən sonra Xristianlıq yenidən dövlət dininə çevrilmiş və bu proses artıq geriyə dönməz olmuşdur.

Fəlsəfəsi

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales   Anaksimandr   Anaksimen
Elea məktəbi
Ksenofan   Parmenid   Eleyalı Zenon   Melissus
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Pifaqorçular
Pifaqor   Filolaus   Hippas   Arxitas   Alkmeon
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlər → Trasimaxus   Likofron   Kritius   Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen   Diogen   Bion Boristenes   Kerkidas   Kratet və Hipparxia
Kirenaçılar → Aristipp   Hegesias   Annikeris   Teodorus   Evhemerus
MeqaraçılarEvklides   Stilpon   Evbulides   Diodorus Kronus
EretriyaçılarElidalı Fedon   Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus   Ksenokrates   Polemon   Krates   Heraklides   Eudoksus   Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus   Evdemus   Straton   Dikearxus   Aristarxus   Demetri   Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron   Enesidemus   Aqrippa
Epikürçülük
Epikür   Lukretius
Peripatetizm
Rodoslu Andronikus
Platonizm
Karneades   Kliptomaxus   Filon Larissalı
'Stoaçılıq'

Erkən dövrKitiyalı Zenon   Xrisippus   Kleantes

Orta dövr → Panetius   Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq
Seneka   Epiktet   Mark Avreli   Siseron
Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
Neopifaqorçuluq → Apollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Yulian həm də filosof olmuş, neoplatonizmin Perqama məktəbinin tanınmış nümayəndələrindən biri idi.

Xristianlığın güclənməsi zamanı yaşayan Porfirius, Yamblix, Proklus kimi yeni-platonçular antik dini zəmanəyə uyğunlaşdırmağa çalışırdılar. Onlar təktanrılığı özlərinə məxsus şəkildə təqdim etmiş, mənəvi və əxlaqi məsələlərə toxunmuşdular; bununla belə antik irslə bağlılıqlarını kəsməmiş, mistik fəlsəfələrə və teurgiyalara önəm vermişdilər.

Bir çox Şərq dinlərində günəş tanrılaşdırılırdı. O zaman Romada Mitra adlı İran tanrısının qnostik kultu yayılmış, bu din orduya və Romanın hakim dairələrinə nüfuz etmişdir. Yulian da günəşi tanrı hesab etmiş, onu təbiətin əsası və həyatın mənası kimi dəyərləndirmişdir. Ancaq onu gördüyümüz çıxan və batan günəşlə eyniləşdirmirdi. Yuliana görə gördüyümüz günəş həqiqi tanrı işığının qismən yansımasıdır (əks olunmasıdır). Həmçinin Yuliana görə ümumiyyətlə bizim gördüyümüz dünya həqiqət deyildir. Həqiqətə çatmaq üçün şeylərin həqiqi mahiyyətinə varmaq lazımdır. Mənəvi təkmilləşmə də bundan ibarətdir. Onun bu yanaşması Platonun ideyalar haqqında təliminə uyğun idi. Plotinin emanasiyasına uyğun olaraq Yulianın təlimində bütün tanrılar və mövcud olan varlıq günəş işığından yaranır.

Yulian zamanımıza yalnız bəzi “Xristianlara qarşı” kitabından fraqmentlər gəlib çatmışdır. Bu kitabda o, xristian rəvayətlərində olan məntiqi ziddiyyətləri açıqlayaraq Xristianlığın Tanrıdan gəlmədiyini sübuta yetirmək istəmişdir. Eyni zamanda o, yunan dinində də çoxlu məntiqsizliklərin və nağılların olduğunu etiraf etmişdir. Onun fikrincə yalnız Platon Tanrı, dünya və insan haqqında ən yetkin fikirlər irəli sürmüşdür. Yulian bu əsərdə Platonun fikirlərini Tövratın ayələri ilə müqayisə edərək onların yəhudi rəvayətlərindən daha üstün olduğunu iddia etmişdir.

Həmçinin bax

  • Neoplatonizm
  • Porfirius
  • Selsus
  • Hipatia

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 270-272. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
  • Athanassiadi, Polymnia. Julian. An Intellectual Biography Routledge, London, 1992. ISBN 0-415-07763-X
  • Bowersock, Glen Warren. Julian the Apostate. London, 1978. ISBN 0-674-48881-4
  • Browning, Robert. The Emperor Julian, London, 1975.
  • Dodgeon, Michael H. & Samuel N.C. Lieu, The Roman Eastern Frontier and the Persian Wars AD 226–363, Routledge, London, 1991.ISBN 0-203-42534-0
  • Gardner, Alice, Julian Philosopher and Emperor and the Last Struggle of Paganism Against Christianity, G.P. Putnam's Son, London, 1895. ISBN 0-404-58262-1 / ISBN 978-0-404-58262-3. Downloadable at https://archive.org/details/julianphilosophe00gard.
  • Hunt, David. "Julian". In The Cambridge Ancient History, Volume 13 (Averil Cameron & Peter Garnsey editors). CUP, Cambridge, 1998. ISBN 0-521-30200-5
  • Lascaratos, John and Dionysios Voros. 2000 Fatal Wounding of the Byzantine Emperor Julian the Apostate (361–363 A.D.): Approach to the Contribution of Ancient Surgery. World Journal of Surgery 24: 615–619
  • Murdoch, Adrian. The Last Pagan: Julian the Apostate and the Death of the Ancient World, Stroud, 2005, ISBN 0-7509-4048-4
  • Neander, August, The Emperor Julian and His Generation, An Historical Picture, translated by G.V. Cox, John W. Parker, London, 1859. ISBN 0-217-34765-7 / ISBN 9780217347655. Downloadable at https://archive.org/details/emperorjulianan01neangoog.
  • Rendall, Gerald Henry, The Emperor Julian: Paganism and Christianity with Genealogical, Chronological and Bibliographical Appendices, George Bell and Sons, London, 1879. ISBN 1-152-51929-8 / ISBN 9781152519299. Downloadable athttps://archive.org/details/emperorjulian00rend.
  • Rohrbacher, David. Historians of Late Antiquity. Routledge: New York, 2002. ISBN 0-415-20459-3
  • Smith, Rowland. Julian's gods: religion and philosophy in the thought and action of Julian the Apostate, London, 1995. ISBN 0-415-03487-6
  • Гиббон Э. История упадка и разрушения Римской империи. Том 3.
  • Бенуа-Мешен Ж. Юлиан Отступник, или Опаленная мечта (L’empereur Julien ou le rêve calciné). (Серия «ЖЗЛ»)
  • Эвола Ю. Император Юлиан // Традиция и Европа. — Тамбов, 2009. — С. 25-28. — ISBN 978-5-88934-426-1.

Xarici bağlantılar

Üst