| Fərhad Xəlilov | |
|---|---|
| | |
Azərbaycan Rəssamlar İttifaqının sədri | |
Vəzifədədir | |
| 1987-ci ildən | |
| Əvvəlki | Yusif Hüseynov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 oktyabr 1946 (79 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | rəssam |
| Atası | Qurban Xəlilov |
| | |
| Təltifləri | |
![]() | |
| farhadkhalilov.com | |
Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən).
Həyatı
Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır.
F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.
Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilmişdir.
Təltif və mükafatları
- Rusiya Rəssamlıq Akademiyasının gümüş medalı — 1987
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 7 may 1988
- "İncəsənət və ədəbiyyat" ordeni (Fransa) — 2000
- "Puşkin" medalı (Rusiya) — 2000
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002
- "Şöhrət" ordeni — 25 oktyabr 2006
- Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı — 2012
- "Şərəf" ordeni — 25 oktyabr 2016
- Müstəqil Dövlətlər Birliyinin "Birliyin ulduzu" mükafatı — 2017
- 1-ci dərəcəli "Əmək" ordeni — 23 noyabr 2021
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024
- 26 oktyabrda doğulanlar
- 1946-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunları
- S. Q. Stroqanov adına Rusiya Dövlət İncəsənət və Sənaye Universitetinin məzunları
- "Şərəf" ordeni (Azərbaycan) ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "İncəsənət və ədəbiyyat" ordeni kavalerləri
- "Puşkin" medalı laureatları
- Azərbaycan Respublikasının xalq rəssamları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan rəssamları
- Azərbaycanlı rəssamlar
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Rəssamlar İttifaqının sədrləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- XXI əsr Azərbaycan rəssamları
- XX əsr Azərbaycan rəssamları
