Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hacı İsaqlı — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.

Hacı İsaqlı

39°16′20″ şm. e. 46°56′57″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Hacı İsaqlı
39°16′20″ şm. e. 46°56′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təqribən 342 m
Xəritəni göstər/gizlə
Hacı İsaqlı xəritədə
Hacı İsaqlı
Hacı İsaqlı

Hacı İsaqlı — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Cəbrayıl Ensiklopediyasına əsasən, Hacıisaqh oykonimi Hacı İshaq şəxs adından və mənsubluq bildirən -lı şəkilçisindən ibarət olubdur, və "Hacıisağa məxsus olan oba", "Hacıisaqqlılar" mənasını daşıyır. Ensiklopediyaya əsasən, Hacıisaqlılar Əhmədlilərin qoludur.

Coğrafiyası

Hacı İsaqlı kəndi Gəyən düzündə, təqribən 342 m hündürlükdə yerləşir.

Tarixi

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.

2 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi bildirilmişdi.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

Həmçinin bax

Üst