| Kükrəyən iyirmilər | |
|---|---|
| 1920–1929 | |
![]() Jozefina Beyker Parisin Foli-Berjer gecə klubunda çarlston rəqsi oynayır | |
| Məkan | Əsasən ABŞ, eləcə də Qərb dünyası |
| Bu məqalə ABŞ tarixinə aiddir |
| Amerika Birləşmiş Ştatları tarixi |
|---|
![]() |
|
Kükrəyən iyirmincilər (ing. Roaring Twenties, Roaring '20s) — Qərb dünyası və Qərb mədəniyyətində olduğu kimi musiqi və dəbdə 1920-ci illərin on illiyini ifadə edir. ABŞ və Avropada, xüsusilə də Berlin, Buenos-Ayres, Çikaqo, London, Los-Anceles, Mexiko, Nyu-York, Paris və Sidney kimi böyük şəhərlərdə üstün mədəniyyətə malik iqtisadi tərəqqi dövrü idi. Bu on illik Fransada dövrün sosial, incəsənət və mədəni dinamikasını vurğulayan "çılğın illər" (fr. années folles) kimi tanınır. Caz çiçəklənmiş, flepper ingilis və amerikalı qadınlarının müasir görünüşünü yenidən təyin etmiş və ar-deko zirvəyə çatmışdı.

