Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda

Kartvel dilləri

  • Ana Səhifə
  • Kartvel dilləri

Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir. Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir. Yalnız gürcü dilinin yazısı vardır. Kartvel dil ailəsinə aid dillərin ən qədim yazı nümunəsi V əsrdə Qüdsdə inşa edilmiş kilsənin üzərində tapılmışdır. Bu yazı qədim gürcü dilində yazılmışdır. Bu dildə olan yazılara V–XI əsrlərdə inşa edilmiş abidələrin üzərində təsadüf edilir. Fonoloji sistemində 6–7 sait və 28–30 samit fonemin olduğu göstərilir. SSRİ–də 1970-ci il siyahıyaalınması zamanı kartvel dillərində danışan bütün əhali "gürcü" adıyla siyahıya alınmışdı, qeydə alınmış 3.245.300 nəfər etnik "gürcü"dən 3.193.491 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi.

Kartvel dilləri
Takson —
Areal —
Təsnifat
Kateqoriya ???
Qafqaz dilləri[d]
Kartvel dilləri
Tərkib
—
Dil qrupunun kodları
ISO 639-2 —
ISO 639-5 ccs
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Rumlu tayfası

  • Mart 30, 2026

    Pətək

  • Aprel 05, 2026

    Böyük Qaramurad

  • Mart 26, 2026

    Məhəmməd Əmin Rəsulzadə

  • Mart 26, 2026

    Azərbaycan gölləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst