Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirma

Kirman Səlcuqiləri

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Tarixi dövlət
Kirman səlcuqiləri
fars. سلجوقیان کرمان ‎
1041 — 1187
Paytaxt Kirman
Ciruft
Bəm

Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirmanşahlar adlanırdı.

Tarixi

Dövlətin əsasları Çağrı bəyin oğlu Qavurd bəyin 1048-ci ildə bölgəni ələ keçirməsi ilə qoyulmuşdu. Bölgə Büveyhi əmirlərinin canişini olan Bəhram ibn Ləşkəristan tərəfindən idarə olunurdu. Səlcuqların işğalından sonra əmisi Toğrul bəyin adına xütbə oxutduran Qavurd bəy Kirman hakimi kimi təsdiqlənmişdi.

Alp Arslan 1072-ci ildə hakimiyyəti oğlu Məlikşaha vəsiyyət edib vəfat edəndə Qavurd bəy bu vəziyyətə razı olmayıb Kirmanda üsyana başlamışdı. Üsyan uğursuz nəticələnsə də Qavurdun davamçıları hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər.

Dövlət II Məhəmmədin Oğuz sərkərdəsi Məlik Dinara məğlub olmasından sonra dağılmış və Kirman Oğuz dövləti tərəfindən əvəz olunmuşdur.

Ərazisi

Dövlətin ərazisi Kirman və Sistan kimi vilayətlərdən əlavə müasir BƏƏ və Oman bölgələrindən də ibarət idi.

Hökmdarları

  1. Qavurd bəy
  2. Kirman şah
  3. Sultan şah
  4. Turanşah
  5. İranşah
  6. Arslanşah
  7. I Məhəmməd şah
  8. Toğrul şah
  9. Bəhramşah
  10. II Arslanşah
  11. II Turanşah
  12. II Məhəmmədşah
Üst