Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mahmud Əhməd oğlu Məmməd-Quliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Mahmud Məmmədquliyev

Vikipediya, azad ensiklopediya
Mahmud Məmmədquliyev
Azərbaycanın xarici işlər nazirinin müavini
Vəzifədədir
14 sentyabr 1993-cüildən
Azərbaycan Milli Məclisinin I çağırış üzvü
24 noyabr 1995 12 noyabr 2000
Azərbaycanın Birləşmiş Krallığda Fövqəladə və Səlahiyyətli Səfiri
25 noyabr 1993 25 may 2001
Azərbaycanın İrlandiyada Fövqəladə və Səlahiyyətli Səfiri
25 noyabr 1993 25 may 2001
Azərbaycanın Norveçdə Fövqəladə və Səlahiyyətli Səfiri
25 noyabr 1993 25 may 2001
Azərbaycanın İsveçdə Fövqəladə və Səlahiyyətli Səfiri
25 noyabr 1993 25 may 2001
Azərbaycanın Danimarkada Fövqəladə və Səlahiyyətli Səfiri
25 noyabr 1993 30 may 2001
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1949(1949-02-15) (77 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (–1972)
Fəaliyyəti diplomat
Həyat yoldaşı
Uşaqları Zərifə, Giraff, Azər

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahmud Əhməd oğlu Məmməd-Quliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Həyatı

Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.

1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur.

1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.

2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

İngilis və rus dillərini bilir.

Üst