| Kollu | |
|---|---|
| 40°25′39″ şm. e. 46°11′57″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Kollu | |
Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır.
Tarixi
Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 110 | 58 | 52 |
| 2009 | ↗111 | ↗61 | ↘50 |
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Daşkəsən rayonunun kəndləri
- Zinzahal kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
