Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun Qaraağaclı qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məc

Lüksemburq (Samux)

40°56′15″ şm. e. 46°21′04″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Köbər
40°56′15″ şm. e. 46°21′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 94 m
Əhalisi
Əhalisi
  • 947 nəf. (2009)
Xəritəni göstər/gizlə
Köbər xəritədə
Köbər
Köbər

Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun Qaraağaclı qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi 1918–1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial–demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871–1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959–1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı).

Coğrafiyası və iqlimi

Kənd Ceyrançöldə yerləşir.

Əhalisi

Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.

Həmçinin bax

Üst