| Yenikənd | |
|---|---|
| 40°55′31″ şm. e. 46°18′31″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Yenikənd | |
Yenikənd (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Samux rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kənd 1927-ci ildə salınmış və bolşevik Əliheydər Qarayevin (1896–1938) şərəfinə Qarayevkənd adlanmışdır. 1937-ci ildə Əliheydər Qarayev xalq düşməni kimi həbs edildikdən sonra kəndə Yenikənd adı verildi.
Tarixi
Kəndin ilk sakinləri 1918-ci ildə Qərbi Azərbaycanın Gərnibasar mahalının (Ermənistan SSR-nin keçmiş Üçkilsə rayonu və ya müasir siyasi inzibati bölgüyə əsasən Ermənistan Respublikasının Armavir mərzi ərazisi) Qarxun (Yuxarı Qarxun və Aşağı Qarxun kəndlərindən ibarət idi), Canfida, Zeyvə (Böyük Zeyvə/Erməni Zeyvə və Kiçik Zeyvə/Türk Zeyvə kəndlərindən ibarət idi) və Türkmən (Yuxarı Türkmənli və Aşağı Türkmənli kəndlərindən ibarət idi) kəndlərindən didərgin salınmış azərbaycanlı ailələr olmuşdu.
Kənd 1940-cı ildə Kürdən Ceyrançölə çəkilmiş kanalın sağ sahilinə köçürülmüşdü.
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
Əhalisinin sayı 1270 nəfərdir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Samux rayonu qaralamaları
- Samux rayonunun kəndləri

