| Sarıqamış | |
|---|---|
| 40°49′33″ şm. e. 46°20′12″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Sarıqamış | |
Sarıqamış — Azərbaycan Respublikasının Samux rayonunun Sarıqamış kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Samux rayonunun Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası
Yerli əhalinin bir qismi Mingəçevir SES-nin tikintisi ilə əlaqədar keçmiş Samux rayonunun Köbər kəndindən köçüb gələnlərdən ibarət olduğu üçün kənd bəzən qeyri rəsmi olaraq Köbərlilər də adlanır. Kənd sarı qamış bitən ərazidə salındığından belə adlandırılmışdır. Ukraynanın Zaporojye şəhərinin adı da 1770-ci ilə qədər Sarıqamış olmuşdur.
Coğrafiyası və iqlimi
Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
Əhalisinin sayı 634 nəfərdir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Samux rayonu qaralamaları
- Samux rayonunun kəndləri

