Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və sə

Lətif Qəndilov

Vikipediya, azad ensiklopediya
Lətif Qəndilov
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
6 oktyabr 2021-ciildən
ƏvvəlkiHidayət Orucov
Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
21 dekabr 2016 16 iyul 2021
Əvvəlkiİsfəndiyar Vahabzadə
SonrakıÜlvi Baxşəliyev
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
16 avqust 2011 27 oktyabr 2016
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
29 yanvar 2004 24 iyun 2010
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1957(1957-08-31) (68 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1974–1978, 1981–1984)
Fəaliyyəti diplomat, universitet müəllimi
Atası Seyfəddin Qəndilov
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni 2-ci dərəcəli "Dostluq" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Lətif Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlmişdir.

1974–1978-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılmışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmiş, 1983–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır.

1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir.

2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olmuşdur.

2010–2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olmuşdur.

2011–2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 16 iyul 2021 tarixində bu vəzifədən geri çağrılmışdır.

Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri yayılmışdır.

Evlidir, 2 oğlu və 2 qızı var.

Mükafatları

2009-cu ildə Qazaxıstanın İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin fəxri doktoru, həmçinin, neft-qaz sahəsində xidmətlərinə görə Qazaxıstanda ilin ən yaxşı diplomatı seçilmişdir.

2010-cu ildə Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli "Dostluq Ordeni" ilə təltif olunmuşdur.

2016-cı ildə Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilmişdir.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Üst