| Mazımçay kilsəsi | |
|---|---|
| | |
| Ölkə | |
| Şəhər | Balakən |
| Yerləşir | Mazımçay |
| Aidiyyəti | Alban Həvari Kilsəsi |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 4154 |
| Kateqoriya | Məbəd |
| Əhəmiyyəti | Yeli əhəmiyyətli |
| 41°47′25″ şm. e. 46°18′58″ ş. u.HGYO | |
![]() | |
| Mazımçay kilsəsi | |
Mazımçay kilsəsi və ya Mazımgəray kilsəsi - Balakən rayonunun Mazımçay kəndi yaxınlığında yerləşən, zal-tağ formalı alban kilsəsidir. 4.7x4.7 metr ölçüyə malik olan kilsə əhəngdaşından inşa edilmişdir. Kilsə şərq fasadından baxdıqda beşbucaqlı formaya, daxildən isə nalformalı apsidya malikdir. G. Məmmədova qeyd edir ki, “...kilsənin bu cür memarlıq həlli Kiş kilsəsinin planını xatırladır, yeganə fərq, Kiş kilsəsinin apsidasının yarımdairəvi formaya malik olmasıdır.”
Mazımgəray kilsəsini fərqləndirən əsas xüsusiyyət şərq divarı istisna olmaqla, hər divarında bir giriş qapısının (ümumilikdə üç qapı) yerləşməsidir. Planlaşdırma həlli, apsidanın nalformalı olması, inşaatda istifadə edilmiş yaxşı yonulmuş əhəng daşı tikilinin erkən orta əsrlərə aid olmasından xəbər verir.
Gürcüstan tədqiqatçısı İ. Adamia “Sainqilo” adlı əsərində bu kilsə haqqında məlumat verərkən abidəni “Dzeli Çxoveli” adlandırır ki, bu da gürcü dilindən hərfi tərcümədə “kilsə sütun” anlamını ifadə edir.
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
Həmçinin bax
- Qafqaz Albaniyasının memarlığı
- Alban Həvari Kilsəsi
- Azərbaycan arxeologiyası
- Azərbaycan memarlığı
- Əlifba sırasına görə tarixi abidələr
- Məbəd qaralamaları
- Azərbaycan qaralamaları
- Alban kilsələri
- Balakən abidələri
- Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri

